Happy 2nd Anniversary 💙

Yaxşı ki varsan, hər şeyim

Sayta baxmağa başlamazdan əvvəl bu mahnını və sayğacı əlavə eləmək istədim. İstəsən, bu mahnıya qulaq asa-asa sayta baxa bilərsən. Sayğac isə hər gün dəyişməyə və birlikdə keçirdiyimiz günləri saymağa davam edəcək. 💙

💙 Bizim sayğacımız

Biz artıq 0 gündür birlikdəyik 💙

💙 Bizim Mahnımız

🔊

Hekayəmizin başlanğıcı

Kursun ilk imtahan günü... Gaziantep otağı... Eyni cərgə... Və həmin o ilk baxış...

Həmin o ilk gün ikimiz də hiss eləmişdik ki, sanki ilk baxışdan bir-birimizi sevmişdik və içimizdə doğru insanı tapdığımızı düşünmüşdük. Elə də oldu. İlk baxışdan bir sevgi yarandı və bu sevgi artıq 2 ildir davam edir. İnşallah bundan sonra da davam edəcək.

ANILARIMIZIN BİR HİSSƏSİ

Yan-yana ilk şəklimiz

Bu şəkil mənim üçün çox, amma çox dəyərlidir, çünki bizim ilk şəklimizdir. Hər şey bu şəkillə başladı. Bundan sonra daha çox şəkillərimiz, anılarımız oldu. Münasibətimizin tam 8-ci günündə çəkdirmişdik və anılarımıza bu şəkillə başlamaq istədim.

Yan-yana ilk şəklimiz
Nizami parkı xatirəsi

İlk dəfə Nizami parkına getməyimiz

Birlikdə keçirdiyimiz bütün günlər kimi bu gün də mənim üçün çox dəyərlidir. Həmin gün ikimiz də kursdan çıxıb Nizami parkına getmişdik. Səmiçka, cips yeyib söhbət eləmişdik. Sonra sənə qaça-qaça gedib gül alıb qulağının üstünə qoymuşdum. O an o qədər sevinmişdim ki, sənin yerinə mən daha çox sevinirdim və sanki qarnımda kəpənəklər uçuşurdu.

İlk dəfə kitabxanaya getməyimiz

Hər şeyin bir ilki olduğu kimi bu ilki də səninlə yaşadım. Ad günüm günü bir yerdə kitabxanaya gedib kitabxana kartımı açdırmışdıq. Düzdür, çox gedə bilmədik, vaxt olmadı, problemlər çıxdı, amma yenə də bunun da ilkini səninlə yaşadım.

İlk kitabxana xatirəsi

Axşamlara kimi kursda olduğumuz günlər

Kurs vaxtları axşamlara kimi dərsdə olurduq, əsas da 11-ci sinifdə. Aysel müəllimlə dərslər, axşam kampı, sınaqlar, dərslər derkən çox yorulurduq. Amma bir yerdə olanda heç vaxt yorğunluq hiss etmirdik. Bir-birimizə enerji verirdik və günümüz daha da gözəlləşirdi.

Kurs günləri xatirəsi

Getməzdən əvvəl son gün

27 sentyabr... Getməzdən əvvəl son gün. Həmin gün həyatımın ən pis günlərindən biri idi. Çünki yarımı başqa ölkədə qoyub qürbətə gedirdim. Bu yol ikimiz üçün də çox çətin idi. Çətin oldu, amma yenə də bir yerdəyik və həmişə bir yerdə olacağıq. Həmişə demişəm, yenə də deyirəm: biz bir olduğumuz müddətcə heç kim bizə heç nə edə bilməz.

Getməzdən əvvəl son gün

4 aydan sonra ilk görüş

Və nəhayət, 4 ay bitdi... Çox çətin keçdi, həddindən artıq çətin oldu. Uzaq məsafə ikimizə də həm yaxşı, həm də pis təsir etdi. Bəzi səhvlər etdik, çoxuna mən səbəb oldum. Amma bütün bunlara baxmayaraq yenə də bir yerdəyik və münasibətimizi davam etdiririk. Bu da münasibətimizin hər şeydən güclü olduğunun sübutudur.

4 aydan sonra ilk görüş

SON

Səni sözlərlə ifadə etmək çətindir, çünki sən mənim üçün sadəcə bir insan deyilsən. Sən mənim ən gözəl təsadüfüm, ən doğru seçimim, ürəyimin ən dərin yerisən. Yaxşı ki varsan, yaxşı ki mənimsən. Səni canımdan da çox sevirəm, hər şeyim. Neçə-neçə belə gözəl illərimiz, xatirələrimiz, gülüşlərimiz olsun. Həmişə bir yerdə, həmişə sevgi ilə… Ömrüm, günüm. 💙

💌 Gizli mesaj